İngiltərənin “Liverpul” (Liverpool) klubu Almaniyanın “Borussiya Dortmund” (Borussia Dortmund) komandasının futbolçusu Niko Şlotterbeki (Nico Schlotterbeck) heyətinə qatmaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider”yayıb.
Mənbənin məlumatına görə, Mersisayd təmsilçisi 26 yaşlı müdafiəçini uzun müddətdir izləyir. Almaniyalı futbolçu bu ilin əvvəlində Dortmund klubu ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzatsa da, “Liverpul” onun transferindən əl çəkməyib.
“Liverpul”un yaxın iki transfer pəncərəsindən birində mərkəz müdafiəçisi transfer etməyi planlaşdırdığı bildirilir. Buna səbəb Vircil van Deyk (Virgil van Dijk) və Co Qomezin (Joe Gomez) müqavilələrinin gələn yay başa çatacaq olmasıdır.
Bununla belə, Şlotterbekin transferi ilə bağlı hələlik rəsmi danışıqların aparıldığı bildirilməyib.