Dünya çempionatı: Güləşçilərimiz üçün Astanada gün uğursuz oldu

Dünya çempionatı: Güləşçilərimiz üçün Astanada gün uğursuz oldu
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov 1/4 final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Bəhreyni təmsil edən Olimpiya və dünya çempionu Axmed Tajudinova 7:12 hesabı ilə məğlub olub.
Maqomedov ilk görüşündə belaruslu Aleksandr Huştini (Aliaksandr Hushtyn) tam üstünlüklə (17:7), ardından Arturo Silot Torresi (Kuba) 18:16 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlmişdi.
Onun, eləcə də Rəşid Babazadənin (65) uduzduğu idmançılar hələ də mübarizəni davam etdirdikləri üçün təmsilçilərimizin təsəlliverici görüşlərdə mübarizə aparmaq şansı qalır.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər