"Mingəçevir"in bugünkü oyuna çıxıb-çıxmayacağı dəqiqləşdi

"Mingəçevir"in bugünkü oyuna çıxıb-çıxmayacağı dəqiqləşdi
1-ci Liqanın 6-cı turunda "Xankəndi"ni 1:0 hesabı ilə məğlub edərək cari mövsüm ilk qələbəsini qazanan "Mingəçevir"də vəziyyət qəlizləşdiyini və futbolçuların Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün "Qəbələ" ilə səfər matçına çıxmaq niyyətində olmadığını sizlərlə çatdırmışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Şamaxıdakı görüşdən sonra məşq etməyən oyunçuları yola gətirmək mümkün olub.
Düzdür, bu mövsüm maaş üzü görməyən komanda üzvlərinə pul əvəzinə yeni vədlər verilib, amma Qəbələdəki görüşün baş tutacağı dəqiqdir. Belə ki, artıq "işıqçılar" səfərə yollanıb.
Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" görüşü 17:00-da start götürəcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər