Millimizin sabiq çalışdırıcısı U-15-lə bağlı nə düşünür?

Millimizin sabiq çalışdırıcısı U-15-lə bağlı nə düşünür?
Azərbaycan FİFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir. Millimiz bu DÇ-də 3 matça çıxıb və 2 qələbə, 1 məğlubiyyətlə yadda qalıb. 
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb turnirlə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Bundan əvvəl biz oyunçu seçimi edərkən daha çox uşaq futbolundan, Azərbaycan çempionatından və “Sabahın Ulduzları”ndan yararlanırdıq. Amma indi artıq dünyanın hər yerindən, müxtəlif qitələrdən millilər gəlib və biz fərqli oyun fəlsəfələri görürük.
Komandamız iki qələbə qazandı və bir məğlubiyyət aldı. Əsas burada təcrübə toplamaqdır və düşünürəm ki, bu, onların gələcəyinə böyük təkan olacaq. Matçlarda futbolçular çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. İlk oyunda 6:0 hesablı qələbə, sonra 1:0... Yəni bu oyunlarda millimiz iki qələbə qazandı.
Amma görünən odur ki, hələ də bir qədər həyəcan var. Bu da başadüşüləndir, getdikcə həyəcan aradan qalxacaq və inanıram ki, növbəti oyunlarda da millimiz uğurlu çıxış edəcək. Bir daha qeyd edirəm ki, əsas məsələ onların gələcəkdə yaxşı futbolçu kimi yetişməsidir və bu cür oyunlar onların gələcəyi üçün böyük təkandır. Bu gün İsrail (Israel) və Haiti (Haïti) milli komandaları ilə matçımız var. Yəni bu oyunlar turnir cədvəlində öz qrupumuzdakı mövqeyimiz baxımından çox əlverişlidir. Avstraliya (Australia) yığması hamıdan güclü görünür və yəqin ki, ilk pilləni tutacaqlar, amma ikinci yer uğrunda mübarizə bizim milli komanda ilə Haiti və İsrail arasında gedəcək”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər