"Zamanla daha yaxşı olacağıq" - Yeton Bekiri

"Zamanla daha yaxşı olacağıq" - Yeton Bekiri
"Qəbələ" Misli Premyer Liqasının IX turunda Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri (Jeton Beqiri) matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Bu gün çətin oyun oldu. Hər iki komanda üçün qələbə vacib idi. Qalib gəldik, amma bununla kifayətlənməli deyilik. Bundan sonrakı matçlarda da 3 xal əldə etmək lazımdır. Zamanla daha yaxşı olacağıq. İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. “Araz-Naxçıvan”ın keyfiyyətli futbolçuları var. Bəzən onlar bizi məcbur edirdilər ki, müdafiəyə çəkilək. Oyunun bəzi məqamlarından razı qalsam da, bəzilərindən narazı qaldım. Amma hələ işimiz çoxdur”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər