"Qalatasaray" - "Fənərbağça" matçını bu hakim idarə edəcək

"Qalatasaray" - "Fənərbağça" matçını bu hakim idarə edəcək
Türkiyə Superliqasının 9-cu turunda baş tutacaq "Qalatasaray" (Galatasaray) - "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) matçını idarə edəcək hakimlər bəlli olub.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçiləri arasındakı prinsipial qarşılaşmada baş hakim vəzifəsini Atilla Karaoğlan yerinə yetirəcək.
Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və Süleyman Özay yardım edəcəklər. Matçın dördüncü hakimi isə Abdullah Buğra Taşkınsoy olacaq.
Xatırladaq ki, "Qalatasaray"la "Fənərbağça"nın üz-üzə gələcəyi derbi oktyabrın 26-da, şənbə günü saat 22:30-da keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər