Bu gün 1-ci Liqanın 6-cı turu start götürüb. Binə qəsəbə stadionunda digər iddialı "Səbail" ilə qarşılaşan "Şahdağ Qusar" 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az-ın məlumatına görə, Qusar komandasının qələbəsi ilə yekunlaşan qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da canlı izləyib.
Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda mübarizə aparır. Hazırda 5 xalla lider mövqeyində qərarlaşan təmsilçimiz son oyununu səfərdə Lixtenşteynə (Liechtenstein) qarşı keçirəcək.
Xatırladaq ki, bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Şahdağ Qusar" liderliyini möhkəmlədib.