Elhad Nəziri 7:0-ı belə şərh etdi

Elhad Nəziri 7:0-ı belə şərh etdi

1-ci Liqanın 5-ci turunda "Zaqatala"nı 7:0 hesabı ilə üstələyən "Gəncəbasar" turnir cədvəlinin zirvəsinə yüksəldi. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibi təhlil etmişdik. Zəif və güclü cəhətlərini müəyyənləşdirmişik. Şükürlər olsun ki, futbolçularım verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Hər zaman komandanın yanında olan rəhbərliyə və azarkeşlərimizə təşəkkürümü bildirirəm.
Yeri gəlmişkən, sizin vasitənizlə bütün Gəncəbasar bölgəsində yaşayan futbolsevərləri oyunlarımıza dəvət edirəm. Onların dəstəyi bizim üçün çox önəmlidir. "On ikinci oyunçu" komanda üçün çox şey deməkdir.
Ötən tur "Karvan-Yevlax"dan aldığımız məğlubiyyət (1:2) bizə dərs oldu. Şadam ki, futbolçular həmin matçdan sonra mənə verdikləri sözü tutdular. Onlarla fəxr edirəm. Bu komanda ilə yaxşı nəticə əldə edəcəyimizə inanıram".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər