"Liverpul"un (Liverpool) 18 yaşlı vingeri Rio Nqumoanın (Rio Ngumoha) taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi onunla yeni müqavilə imzalaya bilər.
Tanınmış insayder Fabritsio Romanonun (Fabrizio Romano) məlumatına görə, "qırmızılar" istedadlı oyunçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Gənc futbolçuya tezliklə daha sərfəli şərtlərlə yeni anlaşma təklif olunacağı gözlənilir.
Nqumoanın Mersisayd nəhəngləri ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" onun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
İngiltərə Premyer Liqasının cari mövsümündə hücumameyilli yarımmüdafiəçi 5 oyun keçirib, lakin hələ qol vurmayıb.
Mirağa