Avropanın aparıcı klubları “Tvente”nin (Twente) gənc müdafiəçisi Ruud Nijstadı transfer siyahısına salıb.
Fanat.Az xəbər verir ki, “The Athletic”in yaydığı məlumata görə, “Mançester Yunayted” (Manchester United), “Barselona” (Barcelona) və “Bavariya” (Bayern München, Bayern Munich) 18 yaşlı Ruud Nijstadın xidmətində maraqlıdır.
18 yaşlı solaxay mərkəz müdafiəçisinin transfer dəyəri təxminən 9 milyon funt-sterlinq olaraq qiymətləndirilir.
“Tvente”nin gənc futbolçusu Avropanın bir neçə nəhəng klubunun diqqət mərkəzindədir.