"Necə oynamağı və qol vurmağı mənə heç kim öyrədə bilməz" - Osimhen

"Necə oynamağı və qol vurmağı mənə heç kim öyrədə bilməz" -  Osimhen
"Qalatasaray"ın (Galatasaray) nigeriyalı hücumçusu Viktor Osimhen (Victor Osimhen) ona ünvanlanan tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Lill”ə (Lille) qarşı keçirilən və 4:2 hesabı ilə başa çatan qələbədən sonra fikirlərini bölüşüb.
Osimhen son vaxtlar oyununa və davranışına yönələn tənqidlərin ona təsir etmədiyini bildirib.
"Belə hallar təkcə mənim başıma gəlmir, bir çox futbolçu bununla üzləşir. Mən sadəcə əlimdən gələni etməyə çalışıram. Bəzən oyun istədiyim kimi alınmır, bu, həm mənə, həm də komandaya aid ola bilər. Amma bu, əsəbi olduğum demək deyil", - deyə hücumçu bildirib.
Nigeriyalı futbolçu özünə inamını qoruduğunu vurğulayıb:
"Mən çətinliklərdən qorxmayan bir yerdən gəlmişəm. İstənilən rəqiblə qarşılaşmağa hazıram. Meydanda necə hərəkət etməyi, necə oynamağı və qol vurmağı mənə heç kim öyrədə bilməz. Mən dünyanın ən yaxşı hücumçularından biriyəm".
Osimhen komandanın uğurunun fərdi göstəricilərdən daha vacib olduğunu da qeyd edib:
"Klub hər bir futbolçudan üstündür. Söhbət komandadan və kollektiv səydən gedir. Başqa məsələlər barədə danışmaq əvəzinə, diqqətimi görməli olduğum işlərə yönəldirəm".
Qeyd edək ki, Osimhen "Lill"lə qarşılaşmada qol vuraraq "Qalatasaray"ın 4:2 hesablı səfər qələbəsinə töhfə verib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər