Harri Keyn Yamalı qabaqlayaraq bu mükafata sahib çıxdı

Harri Keyn Yamalı qabaqlayaraq bu mükafata sahib çıxdı
Harri Keyn (Harry Kane) nüfuzlu İspaniya nəşri Marca tərəfindən "100 Marca" mükafatına layiq görülüb.
Fanat.Az xəbər verir ki, ingilis forvard 2025-26 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Keyn, "Marca" jurnalistləri, bir çox digər İspaniya və beynəlxalq media qurumları, keçmiş oyunçular və məşqçilər də daxil olmaqla, 226 üzvdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən səsvermənin qalibi olub.
Uklduz forvard gərgin mübarizədə Lamin Yamalı (Lamine Yamal) cüzi fərqlə üstələyib: 3962 xal - 3937 xal. Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) isə sorğuda üçüncü yeri tutub (3440).
Ən yaxşı "10-luq" belədir:
1 - Keyn
2 - Yamal
3 - Mbappe
4 - Rodri
5 - Kvaratsxeliya (Khvicha Kvaratskhelia)
6 - Messi (Lionel Messi)
7 - Fabian Ruiz (Fabián Ruiz)
8 - Olise (Michael Olise)
9 - Dembele (Ousmane Dembélé, Ousmane Dembele)
10 - Kubarsi (Pau Cubarsí, Pau Cubarsi)
Əvvəlki illərdə qaliblər Kərim Benzema (2021-22), Erlinq Holand (2022-23), Vinisius Junior (2023-24) və Lamin Yamalı (2024-25) olub.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər