Maykl Kerrikin (Michael Carrick) istefaya göndəriləcəyi təqdirdə, "Mançester Yunayted" (Manchester United) klubu Julian Nagelsmannı yeni baş məşqçi kimi nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Nəşrin məlumatına görə, Almaniya milli komandasından ayrıldıqdan sonra işsiz qalan 39 yaşlı mütəxəssis də Mançester klubunun təklifini nəzərdən keçirməyə hazırdır və menecerlərinə bu barədə müsbət mesaj göndərib. Mənbə ingilis dilində səlis danışan alman mütəxəssisin "qırmızı şeytanlar"ın skautinq direktoru Kristofer Vivell (Christopher Vivell) ilə yaxşı münasibətləri olduğunu önə çəkib. Nagelsmann onunla birlikdə "Leypsiq"də (RB Leipzig) çalışıb.
Digər mümkün namizədlər arasında Fabian Hyürtseler (Fabian Hürzeler, Fabian Huerzeler), Eddi Hou (Eddie Howe) və Unai Emeri (Unai Emery) də var.
Çempionlar Liqasında "Komo"ya (Como) 1:4 hesablı məğlubiyyətdən sonra Karrikə qarşı təzyiqlər xeyli artıb. Komandanın kapitanı Brunu Fernandeş (Bruno Fernandes) komandanın oyununu və taktikasını açıq şəkildə tənqid edib.
"Mançester Yunayted" bu mövsüm bütün yarışlarda 11 oyunda cəmi 2 qələbə qazanıb, son yeddi oyunda 3 xala həsrət qalıb.
Mirağa