Mourinyudan "Barselona" ilə matç barədə diqqətçəkən açıqlama

Mourinyudan "Barselona" ilə matç barədə diqqətçəkən açıqlama
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu (José Mourinho, Jose Mourinho) İspaniya La Liqasının 10-cu turunda "Barselona" (Barcelona) ilə baş tutacaq qarşılaşma barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı bu barədə Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Leyptsiq"ə (RB Leipzig) qarşı 4:1 hesablı qələbədən sonra danışıb.
Mourinyu qarşıdakı "El-Klasiko"nun sıradan çempionat matçı olmadığını qeyd edib:
"El-Klasikodan öncə özümüzə tam güvəndiyimizi söyləmək düzgün olmaz. Bu, çempionatın növbəti oyunudur, lakin digər qarşılaşmalardan fərqlənir. Bunun əksini demək yalan olardı. Hazırlıqlarımızı davam etdiririk. Bərpa olunmaq üçün 24 saatdan da az vaxtımız olacaq. Buna baxmayaraq, öhdəsindən gələcəyimizə inanıram".
Xatırladaq ki, "Barselona" ilə "Real Madrid" arasındakı "El-Klasiko" oktyabrın 25-də baş tutacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər