"Turan"ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın "Mladost" komandası ilə üz-üzə gələcək.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da Zaqrebdə keçirəcək.
CEV Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
20 oktyabr
19:00. Turan (Azərbaycan) – Mladost (Xorvatiya)
Tovuz. Olimpiya İdman Kompleksi.