"Mançester Siti"nin ulduzu zədələndi

"Mançester Siti"nin ulduzu zədələndi
"Mançester Siti"nin (Manchester City) heyətində ciddi itki baş verib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in futbolçusu Antuan Semenyo (Antoine Semenyo) zədələnərək sıradan çıxıb.
Komandanın baş məşqçisi Enzo Mareska (Enzo Maresca) bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
İngiltərə Premyer Liqasının 7-ci turunda "İpsviç"lə (Ipswich Town) qarşılaşmada xəsarət alan 26 yaşlı vingerin təxminən iki ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Xatırladaq ki, Semenyo bu mövsüm "Mançester Siti"nin formasında 10 matçda iştirak edib. O, həmin görüşlərdə 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər