Arif Əsədov "Sabah" - "Borussiya" oyunundan gözləntilərini açıqladı

Arif Əsədov "Sabah" - "Borussiya" oyunundan gözləntilərini açıqladı

Bu gün “Sabah” Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sını (Borussia Dortmund) qonaq edəcək.

Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Təbii ki, "Sabah"ı çətin bir oyun gözləyir. Rəqib Almaniya çempionatının liderlərindəndir, daim Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Bizə tanış rəqibdir, vaxtilə "Qarabağ" və "Qəbələ" ilə də oyunlar keçirib. Ona görə "Sabah" üçün hiç də asan olmayacaq. Amma komandamızın itirəsi bir şeyi yoxdur. Vacibdir ki, rahat oynasınlar, oyundan zövq alsınlar. Ən əsası da "Slaviya" (Slavia Praha, Slavia Prague) üzərindəki qələbədən sonra komandada özünəinam var. Məncə, komanda minimum məqsədə çatacaq, yəni ən azı bir xal qazana biləcək gücdədir. Amma bunun üçün oyunun gedişatının necə alınacağını görmək lazımdır. Rəqib dinamik, sürətli və aqressiv futbola üstünlük verir. Düşünürəm ki, "Sabah" da öz oyun fəlsəfəsindən geri dönməyəcək, "Slaviya" və "Mançester Yunayted"lə (Manchester United) oynadığı üslubda çıxış edəcək. Lakin bu komandaya qarşı bir qədər də diqqətli olmaq, xüsusilə müdafiədə minimum səhv etmək və ələ düşən fürsətlərdən istifadə eləmək lazımdır. Ən başlıcası isə standart vəziyyətlərdə ehtiyatlı olmalıdırlar.Uğurlar arzulayaq və ümid edək ki, bu gün də "Sabah" yaxşı bir oyunla azarkeşləri sevindirəcək".

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər