"Barselona"nın (Barcelona) yarımmüdafiəçisi Frenki de Yonq (Frenkie de Jong) zədəsini sağaldaraq komandanın sərəncamına qayıdıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Məlumata görə, niderlandlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ (Paris Saint-Germain) ilə keçiriləcək qarşılaşma üçün heyətə daxil edilib.
De Yonq sağ dizindəki zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalmışdı. O, oktyabrın əvvəlində komanda ilə məşqlərə başlayıb, daha sonra isə "Real Betis"lə matçın iştirak ərizəsinə daxil edilib.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) futbolçunun qayıdışından məmnun olduğunu bildirib:
“Frenki yüksək səviyyəli oyunçudur. Onun yenidən komandaya qoşulmasına çox sevinirəm. Bu, bizə əlavə seçim imkanı verir”.
Qeyd edək ki, De Yonq PSJ ilə görüşdə meydana çıxmağa hazırdır. Bununla belə, onun oyun vaxtının fiziki vəziyyətinə uyğun müəyyənləşdirilməsi gözlənilir.
Əlisahib İbrahimli