PSJ-nin (Paris Saint-Germain) yarımmüdafiəçisi Vitinya (Vitinha) "Barselona"nın (Barcelona) gənc ulduzu Lamin Yamal (Lamine Yamal) barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda komandalar arasında keçiriləcək qarşılaşma öncəsi ispaniyalı hücumçunun oyununu yüksək qiymətləndirib.
"Lamin Yamal möhtəşəm futbolçudur, dünyanın ən yaxşılarından biridir. Onun etdikləri inanılmazdır", - deyə Vitinya bildirib.
PSJ-nin üzvü rəqib komandanın yalnız Yamalın oyunundan asılı olmadığını da vurğulayıb:
"O, xüsusi istedada malik futbolçudur. Ancaq biz yalnız Laminə qarşı deyil, güclü komandaya qarşı oynayacağıq. "Barselona"nın heyətində fərdi keyfiyyətləri yüksək olan çoxlu futbolçu var".
Vitinya PSJ-nin Yamal qarşısında qorxu hiss etmədiyini və onu zərərsizləşdirmək üçün komanda şəklində mübarizə aparacağını qeyd edib.
Qeyd edək ki, PSJ ilə "Barselona" arasında Çempionlar Liqasının 3-cü turunun oyunu bu gün keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli