Məşhur qəzet İnfantino və FİFA-dan üzr istədi

Məşhur qəzet İnfantino və FİFA-dan üzr istədi
Britaniyanın "The Times" qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasından (FIFA (Fédération Internationale de Football Association)) və FIFA prezidenti Canni İnfantinodan (Gianni Infantino) qeyri-dəqiq məlumatlara görə üzr istəyib.
Fanat.Az xəbər verir ki, qəzet 13 oktyabrda İnfantinonun FIFA-dan "ikinci maaş" aldığını və bunun təşkilatın maliyyə hesabatlarında əks olunmadığını bildirib. Bundan əlavə, jurnalistlər FIFA prezidentinin Mayami (Miami) daşınmaz əmlakını aşağı qiymətə aldığını və "Shadi" MMC ilə əlaqəli olduğunu iddia ediblər.
20 oktyabrda "The Times" qəzeti səhv məlumat yaydığını bildirərək əvvəlki xəbəri təkzib edib.
"13 oktyabr 2026-cı ildə idman bölməmizdə Canni İnfantinonun FIFA-dan "ikinci maaş" aldığını bildirmişdik, lakin bu, səhvdir. "İkinci maaş" yox idi. Həmçinin, cənab İnfantinonun aşağı qiymətə Mayamidə daşınmaz əmlak əldə etmədiyini qəbul edirik. Nə o, nə də ailə üzvləri "Shadi" MMC-nin qanuni və ya faydalı sahibləri deyillər, fərz etdiyimiz kimi, şirkətə nəzarət etmirlər. Bu düzəlişləri etməkdən məmnunuq və buraxılan səhvlərə görə cənab İnfantinodan və FİFA-dan üzr istəyirik".
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər