1-ci Liqa: "Gəncəbasar" şərikli liderliyi davam etdirə biləcək?

1-ci Liqa: "Gəncəbasar" şərikli liderliyi davam etdirə biləcək?
Azərbaycan 1-ci Liqasında 6-cı tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə 3 matç baş tutacaq.
"Gəncəbasar" doğma meydanda "Zaqatala"nı sınağa çəkəcək. Qərb təmsilçisi qələbə qazanmaqla, şərikli liderliyini davam etdirmək əzmindədir.
Günün mərkəzi oyunu Binədə reallaşacaq. İddialılardan olan MOİK "Karvan-Yevlax"la üz-üzə gələcək. Hər iki komandanın 10 xalı var və hazırda 4-5-ci yerləri bölüşürlər.
Nəhayət, Şamaxıda “Şimal” ilə “Baku Sportinq” münasibətlərinə aydınlıq gətirəcəklər.
Turun dünən keçirilən oyunlarında bu nəticələr qeydə alınıb: “Şahdağ Qusar” – “Səbail” 1:0, “Xankəndi” – “Mingəçevir” 0:1.
1-ci Liqa
6-cı tur
22 oktyabr
15:00. “Gəncəbasar” – “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu.
15:00. MOİK – “Karvan-Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.
15:00. “Şimal” – “Baku Sportinq”
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər