Azərbaycanlı məşqçi Romada

Azərbaycanlı məşqçi Romada

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Romaya səfər edib. O, hazırda İtaliyada UEFA-nın keçirdiyi konfransda iştirak edir.

Təcrübəli mütəxəssis bununla bağlı Fanat.Az-a açıqlama verib:

"UEFA-nın məşqçi maarifləndirmələrinin 15-ci konfransıdır. Ümumi olaraq, hər 3-5 ildən bir keçirilir. Avropada məşqçilərin maariflənməsinin istiqaməti, hansı yöndə gedəcəyi, trendlər hansılardır, öyrənmə metodologiyaları - bununla bağlı müzakirələr aparılır".

Qeyd edək ki, Aslan Kərimov AFFA-da məşqçilik təhsili şöbəsinin rəhbəridir.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər