1-ci Liqanın 5-ci turunda "Gəncəbasar"ı 2:1 hesabı ilə məğlub edən "Karvan-Yevlax" növbəti matçını səfərdə MOİK-ə qarşı keçirəcək. Yevlax təmsilçisinin qapıçısı Orxan Sadıqlı ilə əlaqə saxlayıb həm "Gəncəbasar"la oyunla bağlı fikirlərini öyrəndik, həm də "hərbçilər"lə dueldən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Hər komandayla olduğu kimi, "Gəncəbasar"la oyuna da ciddi hazırlaşmışdıq və meydana qələbə qazanmaq üçün çıxmışdıq. Rəqib güclü idi, ardıcıl dörd oyunda qələbə qazanmışdılar. Amma bizim də hədəfimiz çempionluqdur və hər matça 3 xal üçün çıxırıq. Şükürlər olsun, qələbə qazandıq və bizi dəstəkləməyə gələn azarkeşlərimizə sevinc yaşatdıq.
MOİK-lə oyuna da eyni ciddiyətlə hazırlaşırıq. MOİK də güclü rəqibdir, heyətində yaxşı futbolçular var, ancaq biz bu qarşılaşmanın mahiyyətini bilirik. Hədəf çempionluqdur və bu görüşdə də 3 xal qazanmağı hədəfləmişik".
Qeyd edək ki, MOİK - "Karvan-Yevlax" görüşü oktyabrın 22-də baş tutacaq. Görüşün start fiti 15:00-da səsləndiriləcək. Hər iki komandanın 10 xalı var.
Nihat