Yamalı vuran futbolçu uzun müddətə uzaqlaşdırıldı

Yamalı vuran futbolçu uzun müddətə uzaqlaşdırıldı
"Betis"in (Real Betis) yarımmüdafiəçisi Fakundo Bernal (Facundo Bernal) "Barselona"nın (Barcelona) hücumçusu Lamin Yamalı (Lamine Yamal) başı ilə vurduğuna görə uzunmüddətli cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, hadisə İspaniya La Liqasının doqquzuncu turunda "Betis" - "Barselona" (2:5) arasında yaşanıb.
İkinci hissənin əvvəlində qeydə alınan hücuma görə Sevilya (Sevilla) təmsilçisinin yarımmüdafiəçisi birbaşa qırmızı vərəqə alıb.
Araşdırmanın ardından Kral Futbol Federasiyasının İntizam Komitəsi 23 yaşlı Bernalı 4 oyunluq diskvalifikasiya edib. Qadağa həmçinin Kral Kuboku matçlarına da şamil ediləcək.
Bernalın noyabrın 22-də "Sevilya" ilə oyunda meydana çıxacağı gözlənilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər