Brunu Fernandeş və Maykl Kerrik arasında gərginlik

Brunu Fernandeş və Maykl Kerrik arasında gərginlik

İngiltərənin "Mançester Yunayted" (Manchester United) klubunda kapitan Brunu Fernandeşlə (Bruno Fernandes) baş məşqçi Maykl Kerrik (Michael Carrick) arasında fikir ayrılığı yaranıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Əl-Cəzirə" (Al Jazeera) yayıb.
Mənbənin məlumatına görə, UEFA Çempionlar Liqasının 3-cü turunda İtaliyada "Komo"ya (Como) 1:4 hesabı ilə məğlub olan "Mançester Yunayted"də oyundan sonra gərginlik yaşanıb. Komandanın kapitanı Brunu Fernandeş məğlubiyyətdən sonra məşqçilər korpusunun taktiki qərarlarını tənqid edib.
Portuqaliyalı futbolçu bildirib ki, komanda rəqibə qarşı kifayət qədər təzyiq göstərməyib və topa nəzarəti ələ almaq üçün daha cəsarətli oynamalı idi. Onun sözlərinə görə, rəqibi fərdi şəkildə qarşılamaq əvəzinə geri çəkilmək "Komo"ya oyuna nəzarət etmək və özünəinam qazanmaq imkanı verib.
Fernandeş taktiki yanaşma ilə bağlı fikirlərini belə ifadə edib:
"Bu, məşqçilər korpusunun qərarıdır. Bəzən daha cəsarətli olmalı, yüksək pressinq tətbiq edərək rəqibi narahat etməyə çalışmalıyıq".
Baş məşqçi Maykl Kerrik isə komandanın çıxışından narazı qaldığını bildirib və məsuliyyəti üzərinə götürüb. O, futbolçuların oyunda tələb olunan intensivliyi və mübarizəni göstərə bilmədiklərini vurğulayıb.
Kerrik Fernandeşin taktiki iradlarına cavab olaraq qeyd edib ki, futbolçular kifayət qədər qaçıb mübarizə aparmasalar, seçilən taktikanın əhəmiyyəti qalmır.
"Mançester Yunayted"in ardıcıl yeddi oyundur qələbə qazana bilməməsi baş məşqçi üzərindəki təzyiqi daha da artırıb.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər