İspaniyanın "Barselona" (Barcelona) və Almaniyanın "Bayern Münhen" (Bayern München, Bayern Munich) komandaları "Aston Villa"nın yarımmüdafiəçisi Yohann Manzambi (Johann Manzambi) ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TeamTalk" yayıb.
Mənbənin məlumatına görə, hər iki klub İsveçrə millisinin üzvünün İngiltərə Premyer Liqasındakı çıxışını yaxından izləyir.
21 yaşlı futbolçu 2026-cı ilin yayında Almaniyanın "Frayburq" (Freiburg) klubundan "Aston Villa"ya keçib. Onun transferi üçün təxminən 60 milyon funt-sterlinq ödənildiyi bildirilir.
Manzambi yeni komandasında qısa müddətdə özünü doğruldub. O, məhsuldar oyunu ilə Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Məlumata görə, "Barselona" futbolçunu gələn yay heyətinə qatmaq variantını nəzərdən keçirir. "Bayern Münhen" də yarımmüdafiəçinin oyununu izləyir və onun transferi ilə maraqlanır.
Bununla belə, Manzambinin "Aston Villa" ilə müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir.
Əlisahib İbrahimli