Misli Premyer Liqasının 9-cu turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Qəbələ"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.
"Qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a verdiyi məlumata görə, Yeton Bekiri (Jeton Bekiri) bu qarşılaşmada yalnız 1 futbolçunun xidmətindən yararlana bilməyəcək.
"Portuqaliyalı qapıçı Artur Motta məşqdə zədə səbəbindən bu matçda iştirak etməyəcək. Başqa zədəli və ya cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qəbələ" qarşılaşması oktyabrın 23-də keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 15:00-da səsləndiriləcək. Hazırda 2 xalı olan "qırmızı-ağlar" turnir cədvəlinin 12-ci - sonuncu pilləsindədirsə, 4 xala malik "qırmızı-qaralar" 10-cu yerdədir.
Nihat