"Karvan-Yevlax"la matçda da hədəfimiz qələbədir" - MOİK-in baş məşqçisi

"Karvan-Yevlax"la matçda da hədəfimiz qələbədir" - MOİK-in baş məşqçisi

1-ci Liqanın 5-ci turunda autsayder "Baku Sportinq"i 3:1 hesabı ilə üstələyən MOİK növbəti matçını "Karvan-Yevlax"la üz-üzə gələcək. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb qarşıdakı oyunla barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Karvan-Yevlax" güclü, dinamik kollektivdir. İddialı rəqiblə üz-üzə gələcəyik. Onların da bizim kimi 10 xalı var. Hər iki komanda yüksək hədəflər uğrunda mübarizə aparır. Onlarla oyuna səylə hazırlaşırıq. Bizi maraqlı mübarizə gözləyir. Hər matça qələbə üçün çıxırıq. "Karvan-Yevlax"la matçda da hədəfimiz qələbədir. Ümid edirəm ki, meydanda yaxşı futbol göstərib 3 xal qazanacağıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər