Misli Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"u qəbul edəcək "Neftçi"nin oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib:
"Oyundan əvvəl qızıdırması olduğuna görə, "Qarabağ"la görüşü (3:3) kənardan izləyən qapıçı Emil Balayev artıq kollektiv məşqlərə qoşulub. Yeganə zədəli futbolçu müdafiəçi Murad Xaçayevdir. Hazırda komandada cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması oktyabrın 24-də keçiriləcək. "Palms Sports Arena"da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Bakı təmsilçisi 17 xalla turnir cədvəlinin 2-ci, 14 xala malik Tovuz komandası isə 4-cü pilləsində mövqe tutub.
Nihat