Sergen Yalçın Türkiyə millisində - Özü açıqladı

Sergen Yalçın Türkiyə millisində -  Özü açıqladı
Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis "Kafa Sports"un "YouTube" kanalına açıqlamasında milli komanda ilə razılıq əldə etdiyini bildirib.
"Hamımız üçün xeyirli olsun. Ölkəmiz üçün uğurlu olsun. Bu, çox önəmli vəzifədir. Son 2-3 gündə bu məsələ ilə bağlı mühüm hadisələr yaşandı. Mənim üçün də böyük qürur və xoşbəxtlikdir. Onsuz da belə bir təklifə yox demək mümkün deyil. Ümid edirəm ki, hər kəsin dəstəyi ilə bizi uğurlu yol gözləyir", - deyə o bildirib.
Sergen Yalçın Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzaladığını da qeyd edib.
Qeyd edək ki, federasiya hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər