"PSJ bizdən daha güclü olduğunu göstərdi"

"PSJ bizdən daha güclü olduğunu göstərdi"
"Barselona"nın (Barcelona) baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) Çempionlar Liqasının 3-cü turunda PSJ-yə (Paris Saint-Germain) 2:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, almaniyalı mütəxəssis Paris təmsilçisinin keçid hücumlarında yüksək keyfiyyət nümayiş etdirdiyini və komandasının qarşılaşmanın son dəqiqələrində fiziki baxımdan yorulduğunu bildirib.
"Bu, hər iki komandanın iştirakı ilə möhtəşəm oyun oldu. PSJ bizdən daha güclü olduğunu göstərdi", - deyə Flik vurğulayıb.
Baş məşqçi məğlubiyyətin səbəblərindən danışarkən rəqibin sürətli hücumlarına diqqət çəkib:
"Onların keçid hücumlarında çox böyük keyfiyyəti var. Həmçinin, son 10 dəqiqədə kifayət qədər yaxşı deyildik. Amma bunu bəhanə kimi göstərmək istəmirəm. Bu oyuna ən yaxşı şəkildə hazırlaşmamışdıq. Qarşılaşmanı təhlil etməli və daha yaxşı oynamalıyıq".
Flik komandasının məğlubiyyətdən nəticə çıxarmalı olduğunu da qeyd edib. O, PSJ ilə görüşdə müsbət məqamların olduğunu və bunların üzərində işləmək lazım gəldiyini söyləyib.
Qeyd edək ki, PSJ - "Barselona" matçı oktyabrın 20-də baş tutub və Fransa klubu 4:2 hesablı qələbə qazanıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər