UEFA Çempionlar Liqasının III turunda Fransada "Lill"ə (Lille) 4:2 hesabı ilə qalib gələn "Qalatasaray" (Galatasaray) tarixi gecədə birdən çox rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" Çempionlar Liqası tarixində bir Fransa klubunun qapısından bir oyunda 4 qol keçirən ilk Türkiyə təmsilçisi olub.
Meydan sahibləri isə turnir tarixində ilk dəfə öz azarkeşləri önündə bir matçda 4 qol buraxaraq şok yaşayıb.
Oyunun 65-ci saniyəsində fərqlənən Yunus Akgün isə "Qalatasaray"ın Çempionlar Liqası tarixindəki ən tez qolunu vuraraq gecənin ən diqqətçəkən digər rekordunu müəyyənləşdirib.