"Bayern Münhen"in (Bayern München, Bayern Munich) yarımmüdafiəçisi Yozua Kimmix (Joshua Kimmich) UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Arsenal"a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Məlumata görə, futbolçunun 57 yaşlı atası Bertold Kimmix (Berthold Kimmich) vəfat edib və o, komandanın heyətinə daxil edilməyib. Kimmix çərşənbə axşamı komandanın son məşqində də iştirak etməyib.
Almaniya klubu oyunçunun ailəsinin şəxsi həyatına və yaşadığı kədərə hörmətlə yanaşılmasını, məsələ ilə bağlı əlavə araşdırma və xəbərlərin yayılmamasını xahiş edib.
Kimmixin yoxluğu "Bayern Münhen" üçün ciddi itki hesab olunur. Münhen təmsilçisi "Arsenal"la qarşılaşmada cəzalı olduğu üçün hücumçu Maykl Olisedən (Michael Olise) də yararlana bilməyəcək.
Buna baxmayaraq, Münhen klubu Bundesliqada "Leyptsiq" (RB Leipzig) üzərində 6:1 hesablı qələbədən sonra qarşıdakı oyuna inamla hazırlaşır. Komanda Çempionlar Liqasının əvvəlki turunda isə səfərdə "Vikinq"lə (Viking) 3:3 hesablı heç-heçə edib.
Əlisahib İbrahimli