"Barselona"nın (Barcelona) baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) "Betis"in hücumçusu Abde Ezzalzulini (Abde Ezzalzouli) sərəncamında görmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario SPORT" yayıb.
Mənbənin məlumatına görə, alman mütəxəssis uzun müddətdir ki, 24 yaşlı mərakeşlinin oyununa heyranlıqla yanaşır. "Barselona" hazırda vingeri geri qaytarmaq imkanını araşdırır.
Qeyd edək ki, "Barselona" İspaniya La Liqasının doqquzuncu turunda "Betis"i darmadağın edib (5:2). Sevilyalıların iki qolundan birini məhz Abde vurub.
Qeyd edək ki, Abde 2021-ci ildən 2023-cü ilə qədər "Barselona" da oynayıb, daha sonra 7,5 milyon avroya "Betis" ə keçib .
Mirağa