Bu gün “Sabah” Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sını (Borussia Dortmund) qonaq edəcək.
Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb əlaqə saxlayıb matçla bağlı gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah"ı çətin bir oyun gözləyir. Dortmund "Borussiya"sı Bakıya çox iddialı gəlib. Son matçlardakı uğursuzluqları bu görüşlə bitirməyə çalışacaq. "Budyo-Qlimt"ə (Bodø/Glimt, Bodo/Glimt) məğlub olması onların ÇL-dəki şansını azaldıb. Ona görə də rəqib bu matça tam şəkildə köklənəcək və 3 xal almaq üçün mübarizə aparacaq. Güclərə baxdıqda, qarşı tərəf daha üstündür. Amma sürpriz nəticə də ola bilər. Proqnozum Dortmund “Borussiya”sının lehinədir".
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.