Leau "Lill"lə matçda iştirak edəcək?

Leau "Lill"lə matçda iştirak edəcək?
"Qalatasaray"ın (Galatasaray) portuqaliyalı futbolçusu Rafael Leau (Rafael Leão, Rafael Leao) zədə səbəbindən UEFA Çempionlar Liqasının 3-cü turunda "Lill"ə (Lille) qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Anadolu Ajansı" yayıb.
Mənbənin məlumatına görə, futbolçu Türkiyə Super Liqasının 8-ci turunda "Gənclərbirliyi" ilə görüşdə zədələnib. Qarşılaşmanın 77-ci dəqiqəsində əzələsində ağrı hiss edən Leau oyunu davam etdirə bilməyib.
Aparılan MRT müayinəsi və əlavə tibbi yoxlamalar nəticəsində futbolçunun qasıq əzələsində yüngül və orta dərəcəli gərilmə aşkarlanıb. Onun müalicəsinə başlanılıb və vəziyyəti gündəlik nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, "Qalatasaray" bu gün, Fransada “Lill”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər