Bu gün UEFA Konfrans Liqasında 2-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, bütün görüşləri eyni gündə keçiriləcək turun açılış oyunu Qazaxıstanda baş tutacaq.
İlk turda Latviyada "Riqa" (Riga) ilə bərabərə qalan (1:1) "Kayrat" (Kairat) bu dəfə "Panatinaikos"u (Panathinaikos) qəbul edəcək.
Bundan başqa, 9 oyun Bakı vaxtı ilə 20:45-də, daha 8-i isə 23:00-da start götürəcək.
Türkiyə təmsilçisi "Trabzonspor" Şotlandiya "Harts"ını (Heart of Midlothian) qəbul edəcək. Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" doğma meydanda "Riqa" ilə qarşılaşacaq.
Qeyd edək ki, qitə turnirinin 4-cü turu 5 noyabrda baş tutacaq.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
22 oktyabr
18:30. Kayrat (Qazaxıstan) – Panatinaikos (Yunanıstan)
20:45. Kauno Jalgiris (Litva) – Brann (Norveç)
20:45. İnter Eskaldes (Andorra) – Universitatya Krayova (Rumıniya)
20:45. Yablonets (Çexiya) – Brayton (İngiltərə)
20:45. Norşellann (Danimarka) – ÇSKA (Bolqarıstan)
20:45. Trabzonspor (Türkiyə) – Harts (Şotlandiya)
20:45. İberiya 1999 (Gürcüstan) – Myölbyü (İsveç)
20:45. Xetafe (İspaniya) – Luqano (İsveçrə)
20:45. Pafos (Kipr) – Riqa (Latviya)
20:45. Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka)
23:00. Thun (İsveçrə) – Hayduk (Xorvatiya)
23:00. Orhus (Danimarka) – Egnatia (Albaniya)
23:00. Linkoln (Cəbəllütariq) – Tvente (Niderland)
23:00. Midtyüllann (Danimarka) - Sent-Trüden (Belçika)
23:00. Monako (Monako) – Frayburq (Almaniya)
23:00. Braqa (Portuqaliya) - Gent (Belçika)
23:00. Ayaks (Niderland) – Atalanta (İtaliya)
23:00. Borats (Bosniya və Herseqovina) – KuPS (Finlandiya)