"Liverpul" (Liverpool) daha bir ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Məlumata görə, Mersisayd təmsilçisinin müdafiəçisi Jeremi Frimponq (Jeremie Frimpong) zədələnib. Niderlandlı futbolçu İngiltərə Premyer Liqasının son turunda "Brentford"la matçda meydana ikinci hissədə daxil olsa da, cəmi bir neçə dəqiqə sonra zədə səbəbindən əvəzlənib.
Komandanın baş məşqçisi Andoni İraola (Andoni Iraola) futbolçunun əzələ zədəsi aldığını bildirib. Onun sözlərinə görə, müdafiəçinin noyabrda keçiriləcək milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyədək sıraya qayıtması çətin görünür.
"Liverpul"un digər futbolçusu Dominik Soboslai (Dominik Szoboszlai) də zədəlidir. Macarıstanlı yarımmüdafiəçinin əvvəlki zədəsi təkrarlanıb.
Qeyd edək ki, hər iki futbolçu bu gün "Vilyarreal"a (Villarreal) qarşı keçiriləcək Çempionlar Liqası oyununu buraxacaq.
Əlisahib İbrahimli