Misli Premyer Liqasının 9-cu turunda "Zirə"nin qonağı olacaq "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı məlumdur.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadə və Ceyms Almeydanın (James Almeida) durumu məlumdur. İki hücumçu - Rüstəm Əhmədzadə ilə Jeam Oliveyra (Jean Oliveira) da zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcəklər. Komandada cəzalı oyunçu yoxdur"
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı oktyabrın 23-də keçiriləcək. Zirə İK stadionunda reallaşacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat