Argentina millisinin baş məşqçisi Lionel Skaloni (Lionel Scaloni) ölkənin futbol federasiyasının müqaviləni 2030-cu ilə qədər uzatmaq təklifini qəbul edib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano (Fabrizio Romano) yayıb.
Məlumata görə, yaxın zamanda tərəflərin müqavilə ilə bağlı qalan detalları dəqiqləşdirərək razılaşmanı rəsmiləşdirməsi gözlənilir.
Xatırladaq ki, Skaloninin rəhbərliyi altında Argentina millisi 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında çempionluq qazanıb. 2021 və 2024-cü illərdə Amerika Kubokunu əldə edib. Yığma 2022-ci ildə isə Finalissima turnirinin qalibi olub. 2026-cı il dünya çempionatında Argentina millisi finalda İspaniyaya (Spain) məğlub olub.
Əlisahib İbrahimli