Vinisius Junior (Vinícius Júnior, Vinicius Junior) yay transfer dönəmində “Arsenal”a keçidi ciddi şəkildə nəzərdən keçirib.
Fanat.Az xəbər verir ki, “SportsBoom” və “The Sun”un yaydığı məlumata görə, London klubu braziliyalı ulduzu heyətinə qatmaq üçün aqressiv addımlar atıb.
Futbolçunun meneceri Maykl Yormark (Michael Yormark) məsələ ilə bağlı açıqlamasında bildirib ki, Vinisius Junior “Arsenal” variantını ciddi şəkildə düşünüb.
Yormark deyib: “O, 'Arsenal' variantını ciddi şəkildə düşündümü? Əlbəttə. 'Arsenal' kimi bir klub sizin üçün qırmızı xalı səriyəndə və özünüzü həqiqətən istənilən futbolçu kimi hiss etdirəndə, təbii ki, dinləməlisiniz. Lakin Vininin qəlbi Madriddədir. O, həmişə burada olmaq istəyib və karyerasının qalan hissəsini də 'Real'da (Real Madrid) keçirməyə ümid edir”.
Qeyd edək ki, Vinisius Junior nəticədə Madrid klubunda qalmağı seçib və həftəlik 480 min funt-sterlinq maaşla 2032-ci ilə qədər nəzərdə tutulan yeni müqaviləyə imza atıb.