Yunus Akgün “Qalatasaray”ın (Galatasaray) Çempionlar Liqası tarixində ən tez qolunu vuraraq rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, “Qalatasaray”ın hücumçusu Yunus Akgün “Lill”ə (Lille) qarşı keçirilən matçın 65-ci saniyəsində fərqlənərək klubun tarixinə düşüb.
Bu qol “sarı-qırmızılılar”ın Avropanın ən möhtəşəm turnirində vurduğu ən sürətli qol kimi qeydə alınıb.