Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilməyib.
Buna Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah"ın 3-cü turun oyununda Dortmund "Borussiya"sına (Borussia Dortmund) Bakıda uduzması (1:2) səbəb olub.
Nəticədə cari mövsümdə qazanılan əmsal (5.625) dəyişməz qalıb. Bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-yə bərabərdir.
Azərbaycanın qitə sıralamasında 24-cü yerdədir. Ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,837-yə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (105.574) başçılıq edir.
Mirağa