UEFA Gənclər Liqası: "Sabah" "Borussiya"ya uduzdu

UEFA Gənclər Liqası: "Sabah" "Borussiya"ya uduzdu
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, gənc "bayquşlar" 3-cü tur çərçivəsində Dortmund "Borussiya"sından (Borussia Dortmund) olan həmyaşıdları ilə qarşılaşıblar.
Adino Mustedanaqiçin (Adin Mustedanagić, Adin Mustedanagic) baş məşqçisi olduğu kollektiv Masazırda “Bank Respublika Arena”da baş tutan qarşılaşmada məğlub olub. Matçın böyük hissəsində rəqibinə müqavimət göstərən "bayquşlar" 74 və 88-ci dəqiqələrdə buraxdığı qollarla məğlub olub - 0:2.
Xatırladaq ki, “Sabah”ın U-19 kollektivi 1-ci turda İngiltərədə “Mançester Yunayted”ə (Manchester United) 0:5, 2-ci turda isə Bakıda Çexiyanın “Slaviya” (Slavia Praha, Slavia Prague) komandasına 0:3 hesabı ilə uduzub.
"Bayquşlar"ın növbəti turdakı rəqibi Norveçin "Vikinq" (4 noyabr) komandası olacaq.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 3-cü tur
20 oktyabr
Sabah (U-19) - Borussiya D (U-19) 0:2
Baş hakim: Giorgi Avazaşvili (Gürcüstan).
Masazır. "Bank Respublika Arena".
"Sabah" meydana bu "11-lik"lə çıxıb: 12. Rauf Eyubov, 13. Əlibəy Mahmudov, 81. Rəşad Quluşov, 44. Tuncay Əhmədov, 66. Əməd Tarverdiyev, 85. Anar Hüseynov (k), 45. Obed Adotenq, 22. Nurlan Zeynallı, 42. Seydi Dənziyev, 9. Nicat Kərimov, 11. Ümid Səlimov.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər