PSJ (Paris Saint-Germain) "Barselona" (Barcelona) ilə Çempionlar Liqası matçında üç əsas futbolçusunu zədə səbəbindən itirib.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Məlumata görə, Paris təmsilçisinin hücumçusu Usman Dembele (Ousmane Dembélé, Ousmane Dembele), Xviça Kvaratsxeliya (Khvicha Kvaratskhelia) və komandanın kapitanı Markinyos (Marquinhos) qarşılaşmanı sona qədər davam etdirə bilməyiblər.
Oktyabrın 20-də keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə ilk zədə problemi Dembelenin başına gəlib. Fransalı hücumçu matçın 19-cu dəqiqəsində əzələ narahatlığı səbəbindən əvəzlənib.
İkinci hissədə isə Kvaratsxeliya və Markinyos zədələnərək meydanı tərk ediblər. Gürcüstanlı vingerin vəziyyəti xüsusilə narahatlıq doğurub. O, meydandan çıxarkən ayağının üzərinə basa bilməyib və klubun tibbi heyətinin köməyinə ehtiyac duyub.
Hər üç futbolçunun zədələrinin ağırlıq dərəcəsi tibbi müayinələrdən sonra dəqiqləşəcək. Kvaratsxeliyanın mümkün ciddi diz zədəsi ilə bağlı narahatlıqlar olsa da, hələlik yekun diaqnoz açıqlanmayıb.
Əlisahib İbrahimli