Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxdı

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxdı
Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.
Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.
Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:
"15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir".
Daha sonra A.Abbasov yığmanın məşqini izləyib.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Şərqi-Timor (Timor-Leste) yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində Andorra, Avstraliya (Australia), İsrail (Israel) və Haiti (Haïti) yığmaları ilə də qarşılaşacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər