UEFA Gənclər Liqası: "Sabah" ilkləri reallaşdıra biləcək?

UEFA Gənclər Liqası: "Sabah" ilkləri reallaşdıra biləcək?
Bu gün “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, gənc "bayquşlar" 3-cü tur çərçivəsində Dortmund "Borussiya"sından (Borussia Dortmund) olan həmyaşıdlarını qəbul edəcəklər.
Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq və saat 15:00-da start götürəcək. Görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Adino Mustedanaqiçin (Adin Mustedanagić, Adin Mustedanagic) baş məşqçisi olduğu kollektiv əvvəlki oyunlarda İngiltərə "Mançester Yunayted"inə (0:5) və Çexiya "Slaviya"sına (0:3) uduzub. Hazırda "Sabah" turnir cədvəlində sonuncu - 36-cı yerdədir.
UEFA Gənclər Liqası
3-cü tur
20 oktyabr
15:00. Sabah (U-19) – Borussiya D (U-19)
Baş hakim: Giorgi Avazaşvili (Gürcüstan).
Masazır. "Bank Respublika Arena".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər