Enrike Yamalı necə saxlayacaqlarını açıqladı

Enrike Yamalı necə saxlayacaqlarını açıqladı
PSJ-nin (Paris Saint-Germain) baş məşqçisi Luis Enrike (Luis Enrique) "Barselona"nın (Barcelona) gənc ulduzu Lamin Yamalı (Lamine Yamal) necə zərərsizləşdirmək barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb.
Luis Enrikenin fikrincə, Lamin Yamalın təhlükəsini azaltmağın ən yaxşı yolu topa nəzarət etməkdir. O, "Barselona"nın gənc futbolçusunun fərdi keyfiyyətlərini yüksək qiymətləndirib və rəqibin yalnız bir oyunçudan ibarət olmadığını vurğulayıb.
PSJ-nin çalışdırıcısı bildirib ki, komandasının əsas məqsədi topa sahib olmaq, oyunun tempini idarə etmək və rəqibə hücum imkanları yaratmağa maneə olmaqdır.
Qeyd edək ki, PSJ ilə "Barselona" arasında Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun qarşılaşması bu gün keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər