Argentina millisinin müdafiəçisi Lisandro Martines (Lisandro Martínez, Lisandro Martinez) mövsümün sonunda azad agent kimi " Mançester Yunayted"dən (Manchester United) ayrılacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, Martines bu yaxınlarda verdiyi açıqlamada klub rəhbərliyini açıq şəkildə tənqid edib və və buna görə cərimələnib.
Argentinalı futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Lakin "Mançester Yunayted"in onunla müqaviləni daha bir il uzatmaq seçimi var ki, bu da onlara müdafiəçini pulsuz buraxmaqdan yayınmağa və onun transferi üçün kompensasiya almağa imkan verəcək. Klubun bu seçimdən istifadə edib-etməyəcəyi hələ məlum deyil.
"Everton"un mərkəz müdafiəçisi Carrad Brantvayte (Jarrad Branthwaite) Martinesin yerinə potensial namizəd kimi nəzərdən keçirilir.
Mirağa