"Zirə" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq - ADLAR

"Zirə" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq - ADLAR
Misli Premyer Liqasının 9-cu turunda "Sumqayıt"ı qəbul edəcək "Zirə"nin oyuna neçə itki ilə çıxacağı məlumdur.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Türkiyədə əməliyyat edilən braziliyalı yarımmüdafiəçi Ktataunun (Ktataú, Ktatau) olmayacağı öncədən bəllidir. Bayere Lue, Filipe Vieyra (Filipe Vieira) və İsmayıl İbrahimli də zədəlidir. Cəzalı oyunçu yoxdur".
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı oktyabrın 23-də keçiriləcək. Zirə İK stadionunda reallaşacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər